ASTARADA ŞAHMAT ÜZRƏ SEÇMƏ YARIŞLAR KEÇİRİLİR
Bakı, 10 avqust (AZƏRTAC). Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Astarada kişilər və qadınlar arasında Azərbaycan çempionatının seçmə yarışları keçirilir. Avqustun 8-17-dək İsveçrə sistemi ilə keçiriləcək turnirdə 20-yə yaxın şəhər və rayondan 51 şahmatçı iştirak edir.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, qadınların turnirdə ilk iki yeri tutmuş şahmatçılar 2010-cu ilin yanvar ayında keçiriləcək Azərbaycan çempionatının finalına vəsiqə əldə edəcəklər. Kişilərin turnirində isə ilk beşlikdə qərarlaşan şahmatçılar noyabr ayında keçiriləcək kişilər arasında Azərbaycan çempionatının birinci dəstəsində iştirak etmək hüququ qazanacaqlar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının hədiyyələri təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]