Asuan Forumunda Afrikadakı vəziyyət müzakirə olunub
Qahirə, 2 mart, AZƏRTAC
Misirin təşəbbüsü ilə videokonfrans formatında keçirilən II Asuan Forumunda Afrika ölkələrinin dövlət və hökumət başçıları qitədə pandemiya, sosial-iqtisadi vəziyyət və silahlı münaqişələrin qarşısının alınması məsələlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Misir Prezidenti Əbdülfəttah əl-Sisi COVID-19 pandemiyası ilə mübarizədə, habelə onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasında BMT-nin strukturları ilə daha sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin terrorizmi, qeyri-leqal miqrasiya və silahlı münaqişələri Afrika qitəsinin ən aktual problemləri kimi xarakterizə edib.
Forumda çıxış edən Cənubi Sudan, Ruanda, Qabon, Seneqal prezidentləri Salva Kiir, Pol Kaqame, Əli Bongo Ondimba, Maki Sal və başqaları Afrika qitəsində vəziyyətin acınacaqlı olduğunu, bəzi ölkələrdə əhalinin aclıq təhlükəsi ilə üzləşdiyini, Sudan, Efiopiya, Konqo, Somalidə terrorçuların fəallaşdığını bildiriblər.
Afrika ölkələri liderlərinin müzakirələri martın 5-dək davam edəcək və forumun yekun Bəyannaməsi qəbul olunacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]
Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]