Aşura günündə Bərdədə 95 nəfər könüllü qan verib
Bərdə, 16 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda Aşura günü ilə bağlı mərasimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad ediblər. Aşura günü ilə əlaqədar İmamzadə ziyarətgahında könüllü qanvermə aksiyası keçirilib. Aksiyada Bərdə ilə yanaşı ətraf rayonlardan olan sakinlər də iştirak ediblər. Aksiya zamanı 95 nəfər könüllü olaraq qan verib.
Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:55]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [19:48]
Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib
- 28.05.2026 [18:45]
Cəlilabadda 18 yaşlı gənc suda boğulub
- 28.05.2026 [17:17]
“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb
- 28.05.2026 [17:09]
Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO
- 28.05.2026 [12:20]