“ATATEXNOLOGİYA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNFƏALİYYƏTİNƏ DAİR MƏTBUAT KONFRANSI
“AtaTexnologiya”nın Azərbaycanda ilk ERP müştərilərinin təqdimatına həsr edilmiş konfransda qeyd olunmuşdur ki, şirkət fəaliyyət göstərdiyi ötən bir il ərzində öz maliyyə, texniki, kadr potensialını və xarici əlaqələrini xeyli genişləndirmişdir. Xarici əlaqələrin əsas istiqamətlərindən biri də Türkiyənin “Netsis” şirkəti ilə əməkdaşlıq olmuşdur. “AtaTexnologiya” MMC “Netsis” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir. Hüquqi şəxslərin mühasibat uçotu, maliyyə, istehsal, satış, təchizat, anbar, nəqliyyat, keyfiyyətə nəzarət ehtiyaclarına cavab verən proqramların hazırlanması ilə məşğul olan “Netsis” bunları Azərbaycanda çalışan iş adamlarına “AtaTexnologiya” MMC-nin köməyi ilə təklif edir. ERP adlandırılan bu proqramlar “AtaTexnologiya” MMC tərəfindən Azərbaycan qanunvericiliyinə və dilinə uyğunlaşdırılaraq satışa çıxarılmışdır. Ölkəmizdə fəaliyyət göstərən üç böyük şirkət (“AtaHolding” ASC, “Nurgün Qrup” MMM və “Gilan Dəri” ASC) artıq bu proqramlardan istifadə etməyə başlamışlar.