ATÇILIQ TURİZM MƏRKƏZİNDƏ INFOTUR KEÇİRİLƏCƏKDİR
Bakı, 1 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi və Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə atçılıq turizminin təbliği və təşviqi məqsədi ilə tədbirlər həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar avqustun 3-dən 5-dək Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində daxili turizm bazarında fəaliyyət göstərən aparıcı şirkətlər və KİV nümayəndələri üçün infotur keçiriləcəkdir.
Ölkə üzrə 15-ə yaxın turizm şirkəti nümayəndələrinin iştirak edəcəyi tədbirdə yeni atüstü turist marşrutlarının təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]