ATƏT NÜMAYƏNDƏLƏRİ QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 28-də Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle aparacaqlar.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vımetal və Piter Ki yerinə yetirəcəklər.