ATƏT PA-NIN PAYIZ SESSİYASI KANADANIN TORONTO ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ATƏT Parlament Assambleyasının (ATƏT PA) payız sessiyası sentyabrın 18-dən 21-dək Kanadanın Toronto şəhərində keçiriləcəkdir.
Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirmişdir ki, sessiyada bir sıra məsələlər, o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaqdır. ATƏT PA-nın Gürcüstan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Qoran Lenmarker həmin ölkədə və bütövlükdə Cənubi Qafqazdakı vəziyyətə dair hesabat məruzəsi ilə çıxış edəcəkdir.
Azərbaycan parlament nümayəndə heyəti sessiyada bu dəfə də Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri yanğınlar, maddi mədəniyyət abidələrini məhv etməsi və digər vəhşiklikləri barədə məsələ qaldıracaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]