Atıcılıq üzrə Avropa çempionatının beşinci günü yekunlaşıb
Bakı, 26 iyul, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının beşinci günündə - iyulun 26-da tapança ilə 25 metr, tüfənglə 50 metr məsafəyə atəş açma, eləcə də stend atıcılıq üzrə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, kişilər və gənclər arasında tüfənglə stend atıcılığı yarışlarında Azərbaycanı yeddi idmançı təmsil edib.
Kişilər arasında tüfənglə 50 metr məsafəyə atəş açma yarışının final mərhələsinin qalibi müəyyənləşib. Belarusiyalı idmançısı Yuri Şerbatseviç birinci olub. Ukraynalı Serjli Kuliş ikinci, avstriyalı Aleksander Şmirl isə üçüncü yeri tutublar.
Çempionat avqustun 4-dək davam edəcək.