ATMOSFERDƏ KARBON QAZININ MİQDARI SON 650 MİN İL ƏRZİNDƏ ƏN YÜKSƏK SƏVİYYƏYƏ ÇATMIŞDIR
Onların hesabatı planetimizdə iqlimin istiləşməsi ilə insan fəaliyyətinin nəticəsində atmosferə parnik qazlarının tullanılmasını əlaqələndirən fərziyyənin yeni əsaslı dəlillərindən biri olmuşdur. İndiyədək alimlər həmin məlumatı 440 min il bundan əvvələ aid edirdilər. İndu bu vaxt həddi daha 210 min il geriyə atılmışdır.
İsveçrədəki Bern Universitetinin aparıcı mütəxəssisi Tomas Ştoker bildirmişdir ki, hazırda atmosferdə karbon 4-oksidin miqdarının səviyyəsi bütün bu minilliklər ərzində ən yüksək göstəricidən 27 faiz çoxdur və sürətlə artmaqdadır. Mütəxəssis demişdir: “Biz təbii tərəddüdlər xaricinə çıxmışıq. Bundan əlavə, parnik qazlarının və qlobal temperaturların atmosferdəki payının indiki artım sürəti tamamilə qeyri-təbiidir”.
Güman olunur ki, bu proseslər Dünya okeanında suyun nəzərəçarpacaq dərəcədə qalxması və təbii fəlakətlər nəticəsində yaranmışdır.
İqlimin insan fəaliyyəti sayəsində dəyişməsinin elmi opponentləri bildirmişlər ki, indiki istiləşmə növbəti təbiət silsiləsinin yalnız bir hissəsidir. İqlimlə bağlı axtarışlara qətiyyən dəxli olmayan iqtisadçılar arasında bu fikrin çoxlu tərəfdarı var.
Lakin onlara bu da məlumdur ki, atmosferin çirklənməsinin ifrat azaldılması enerji ehtiyatlarına tələbat xeyli azalmadan və buna müvafiq olaraq iqtisadi artım ləngimədən, əslində, mümkün deyildir.