Atmosferə tullantı atan zavodun rəisi cərimələnib
Bakı, 29 may, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun üçüncü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən edilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı “45-li Yol İstismarı” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı aşkarlanıb.
Faktla bağlı zavodun rəisi Qədir Əsgərov barəsində protokol tərtib olunub. O, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimələnib.
Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əsqərova məcburi göstəriş verilib və zavodun fəaliyyəti nöqsanlar aradan qaldırılanadək dayandırılıb.