Atmosferi çirkləndirən müəssisə cərimələnib
Bakı, 20 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb və monitorinq keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu müəyyənləşib.
Araşdırma zamanı qara metaləritmə sexinin "Fərid-RL" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus olduğu aydınlaşıb. Faktla bağlı qurum barəsində protokol tərtib edilib. Qurumun hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimə olunması üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün "Fərid-RL" MMC-yə icrası məcburi olan müddətli göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]