Auditorlar Palatasının əməkdaşları tərəfindən külli miqdarda vəsait mənimsənilib
Bakı, 20 dekabr, AZƏRTAC
Auditorlar Palatasında daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi faktı aşkar edilib.
Bu barədə AZƏRTAC-a Auditorlar Palatasından xəbər verilib.
“Bunu nəzərə alaraq, palata rəhbərliyi tərəfindən cari ilin iyulun 10-da hüquq-mühafizə orqanlarına müraciət olunub, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tamamlanıb. Cinayət işi müvafiq məhkəmədə baxılmaq üçün təqdim ediləcək. Məhkəmə araşdırmasının nəticəsi və qəbul ediləcək məhkəmə qərarı barədə məlumat əlavə olaraq Auditorlar Palatasının rəsmi internet saytı vasitəsilə ictımaiyyətin nəzərinə çatdırılacaq”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]