AVARÇƏKMƏ İDMANINA MARAQ GÖSTƏRƏN ŞAGİRDLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) ölkəmizdə avarçəkmə növlərinin təbliği məqsədi ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə daha bir tədbir təşkil etmişdir.
AMAF-dan AZƏRTAC-a bildirmişlər ki, Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində yaradılan avarçəkmə bazasında Yasamal və Səbail rayonlarının orta məktəblərində avarçəkmə növlərinə maraq göstərən 100-dək şagirdlə görüş keçirilmişdir.
Görüşdə avarçəkmənin tarixi haqqında məlumat verilmişdir. Akademik avarçəkmə, baydarka və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandalarımızın üzvləri xüsusi trenajor və qayıqlarda nümunəvi çıxışlar etmiş, məşqçilər heyəti isə qayıqlar və onların növləri haqqında məlumat vermişlər. Sonda avarçəkmə bölmələrinə yazılmaq istəyənlərin qeydiyyatı aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]