Avqustda İtaliyanın kurort bölgələrinin 15 milyonadək turist qəbul edəcəyi gözlənilir
Roma, 15 avqust, AZƏRTAC
İtaliyanın kurort bölgələrinin avqust ayında 15 milyonadək yerli və əcnəbi turist qəbul edəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, avqust tətilində turizm obyektlərinə 14,8 milyon ziyarətçi axını gözlənilir və bunun da 56 faizi italyan turistlərdir. Onlayn platformalarda yerlərin 91 faizi artıq rezerv edilib.
Turistlərin çoxu xüsusilə ənənəvi yay tətili yerlərinə üstünlük veriblər. Dənizkənarı obyektlərdə doluluq səviyyəsi 95 faiz təşkil edir. Göl kənarında, kənd yerlərində, dağ kurortlarındakı turizm obyektlərində də doluluq nisbəti yüksəkdir.
İncəsənət şəhərləri, eləcə də Siciliya və Sardiniya adaları, Valle d'Aosta, Liquriya, Marke və Abruzzo turistlərin ən çox üz tutduqları bölgələrdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]