Avqustun 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,
gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 25-29° isti olacaqdır.
Bakıda gecə 21-23°, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 26-31° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-210, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 21-26° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-23°, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 20-24°, gündüz 23-28° , dağlarda gecə 14-19°, gündüz 16-21° isti olacağı gözlənilir.