Avro-2024: İspaniya millisi üçün formal oyun, İtaliya Xorvatiyaya qarşı
Bakı, 24 iyun, AZƏRTAC
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının B qrupunda bu gün mübarizəyə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, sonuncu - III turda İspaniya millisi Albaniya ilə, İtaliya yığması isə Xorvatiya ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qrup liderliyini və 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edən ispaniyalılar üçün bugünkü qarşılaşma formal xarakter daşıyır. İtaliyalılar isə pley-offa qrup ikincisi kimi adlamaq üçün Xorvatiyaya uduzmamalıdır.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Avro-2024
B qrupu, III tur
24 iyun
23:00. Albaniya - İspaniya
23:00. Xorvatiya - İtaliya
Xal durumu: İspaniya - 6, İtaliya - 3, Albaniya - 1, Xorvatiya – 1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]