Avrokomissiya Serbiyanın Aİ-yə üzvlük prosesində növbəti fəsli açmağa hazırdır
Belqrad, 30 oktyabr, AZƏRTAC
Avropa Komissiyası Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində növbəti - üçüncü fəsli açmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Serbiya ilə bağlı 2024-cü ilə dair hesabat layihəsində bildirilir.
Layihədə Avrokomissiyanın rəqabət qabiliyyətinə və inklüziv iqtisadi artımı nəzərdə tutan üçüncü fəslin texniki cəhətdən açılmasına hazır olduğu qeyd edilir. Bu mərhələdə müzakirələrin ümumi tempinin qanunun aliliyi islahatlarından və Belqrad ilə Priştina arasında münasibətlərin normallaşmasından asılı olaraq davam edəcəyinə diqqət çəkilib.
“Avrokomissiyanın Serbiyanın üçüncü fəslin ilkin meyarlarına cavab verməsi və bu fəslin texniki cəhətdən açılışa hazır olması ilə bağlı tövsiyələri qüvvədə qalır. Bu, üzvlük prosesinin əsaslarına, eləcə də mehriban qonşuluq münasibətlərində və regional əməkdaşlıqda irəliləyişlərə, Belqrad və Priştina arasında münasibətlərin normallaşmasına, Aİ-yə üzvlük yolunda əldə edilmiş irəliləyişdə növbəti 5 fəsil üzrə öhdəlik götürmək imkanı deməkdir”, - deyə hesabat layihəsində bildirilir.
Xatırladaq ki, Qərbi Balkan regionu ölkələrindən Serbiya Aİ üzvlüyünə namizəd ölkələr sırasındadır. Serbiyanın 2030-cu ilədək ittifaqa üzv olacağı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]