Avropa birinciliyində Azərbaycanı 12 cüdoçu təmsil edəcək
Bakı, 30 avqust, AZƏRTAC
Sentyabrın 9-11-də Lüksemburqda Azərbaycan cüdoçularının da iştirak edəcəyi yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyində ölkəmizi 12 cüdoçu təmsil edəcək. Belə ki, Turan Bayramov, Qasım Vəlizadə (hər ikisi 60 kq), Rəşad Quluzadə, Çingiz Fəttahov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli (81 kq) və Ruslan Nəsirli (100 kq) oğlanların yarışında mübarizə aparacaqlar.
Qızlar arasında keçirilən turnirdə isə Aydan Vəliyeva, Könül Əliyeva (48 kq) və Ülviyyə Bayramova (52 kq) iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]