Avropa çempionatı: Aydın Süleymanlı turnirin favoriti ilə heç-heçə edib
Bakı, 28 avqust, AZƏRTAC
Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ikinci turunda yalnız bir şahmatçımız - Nicat Məmmədov rəqibi Eliya Milikovu (İsrail) məğlub edərək qələbə qazanıb. Təmsilçimiz Aydın Süleymanlı turnirin favoriti Gavain Jones (İngiltərə) ilə qarşılaşmada heç-heçə edib. Digər şahmatçılarımız Nicat Abasovun Jorge Ferreira (Portuqaliya), Rauf Məmmədovun Martin Petrov (Avropa Şahmat İttifaqı), Vasif Durarbəylinin Luka Budisavljeviclə (Serbiya) qarşılaşmaları da heç-heçə ilə nəticələnib. Şahmatçılarımızdan Riad Səmədov Konstantin Lupulescuya (Rumıniya) uduzub.
İki turdan sonra təmsilçilərimiz A.Süleymanlı, R.Məmmədov, N.Abasov, V.Durarbəyli, N.Məmmədov 1,5 xalla 19-64-cü yerləri bölüşürlər. R.Səmədovun aktivində isə 0,5 xal var.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]