Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu medal əldə edib
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanın daha iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) üçüncü yer uğrunda görüşdə öz rəqiblərinə qalib gəliblər.
Bununla da çempionatın fərdi yarışlarına yekun vurulub.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) və Aslan Kotsoyev (90 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirdə sentyabrın 8-də isə komanda yarışlarına start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]