Avropa çempionatı: Parakarate komandamız ümumi hesabda üçüncü pillədədir
Bakı, 23 may, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində parakarate üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatda 1 qızıl, 2 bürünc medal qazanan parakarate üzrə milli komandamız ümumi hesabda qitə çempionatının 3-cü pilləsində yer alır. İspaniya parakarateçiləri 3 qızıl, 1 gümüş medalla birinci, aktivində 1 qızıl, 1 gümüş medal olan Macarıstan yığması isə ikinci sıradadır.
Qeyd edək ki, komandamızın aktivinə qızıl medalı millimizin üzvü Emliya Mitlinova yazdırıb. Bürünc medalları isə yığmamızın üzvləri Sahib Əhədov və Eldar Əhmədov qazanıblar.
Parakarate üzrə Avropa çempionatında 5 idmançımız mübarizə aparır. Qitə çempionatına mayın 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]