Avropa çempionatı: Şahmatçılarımız üçüncü turda mübarizə aparacaqlar
Bakı, 28 avqust, AZƏRTAC
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda Aydın Süleymanlı Liviu -Dieter Nisipeanu (Almaniya), Nicat Abasov Hans Stefansson (İslandiya), Rauf Məmmədov Vojtech Plat (Polşa), Vasif Durarbəyli David Gavrilescu (Rumıniya), Nicat Məmmədov Martin Vekker (Almaniya), Riad Səmədov Alexander Domalçuk (Ukrayna) ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, iki turdan sonra təmsilçilərimiz A.Süleymanlı, R.Məmmədov, N.Abasov, V.Durarbəyli, N.Məmmədov 1,5 xalla 19-64-cü yerləri bölüşürlər. R.Səmədovun aktivində isə 0,5 xal var.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]