AVROPA ÇEMPİONU İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Goranboy, 10 avqust (AZƏRTAC). Serbiyadan - yeniyetmə pəhləvanların yunan-Roma güləşi üzrə Avropa birinciliyindən vətənə qızıl medalla qayıtmış Elman Muxtarovla həmyerlilərinin-Goranboy ictimaiyyəti nümayəndələrinin görüşü keçirilmişdir.
Görüşdə 42 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlmiş gənc pəhləvanın məşqçisi Nurəddin Həsənov çıxış edərək bir neçə dəfə beynəlxalq yarışların qalibi olmuş Elmanın zəhmətsevərliyindən, Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldırmaq üçün məşqlərə məsuliyytələ yanaşmasından danışmışdır. Sonra pəhləvanın təhsil aldığı Qaradağlı kənd orta məktəbinin müəllimləri, bələdiyyə üzvləri çıxış edərək onu qələbə münasibətilə təbrik etmiş, daha böyük idman uğurları arzulamışlar.
Sonra Avropa çempionuna Goranboy Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələri verilmişdir.
Elman Muxtarov onun qələbəsində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]