AVROPA İTTIFAQI FUTBOL MEYDANÇALARININ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİNİ MÜZAKİRƏ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Frans Press agentliyinə istinadla xəbər verir ki, noyabrın 29-da Brüsseldə Avropa İttifaqının yığıncağında futbol yarışlarının keçirildiyi meydançalarda təhlükəsizlik məsələsi müzakirə edilmişdir.
Müzakirələrdən sonra jurnalistlərlə görüşündə UEFA-nın prezidenti Mişel Platini 2008-ci ildə Avstriya və İsveçrədə keciriləcək Avropa birinciliyi uğrunda futbol yarışlarının təhlükəsizliyinin təmin edilməsinə 35 milyon avro ayrılacağını bildirmişdir.
Avropa İttifaqına sədrlik edən Portuqaliyanın daxili işlər naziri son vaxtlar futbol meydançalarında azarkeşlərin törətdikləri hərc-mərclik zamanı çoxlu dağıntılar baş verdiyini, onlarla insanın xəsarət aldığını diqqətə çatdırmış, yarışların təhlükəsiz ötüşməsi üçün meydançalara nəzarət məqsədi ilə ümumi Avropa polisinin yaradılmasının vacibliyini qeyd etmiş və bu məsələnin dekabrın 14-də yenidən müzakirə ediləcəyini bildirmişdir.
Nazir 2006-cı ildə Almaniyada keçirilmiş futbol üzrə Dünya birinciliyi zamanı Avropa polislərinin birgə əməkdaşlığının müsbət nəticələr verdiyini söyləmiş, yarışlarda asayişi bərpa etmək sahəsində Avropa polisinin yaradılması ilə əlaqədar xüsusi proqramın hazırlandığını və bunun ilk addımlar olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]