AVROPA İTTİFAQI ÖLKƏLƏRİNİN XARİCİ İŞLƏRNAZİRLƏRİ KONDOLİZA RAYSIN İZAHINDAN RAZI QALMIŞLAR
Nazirlərin qeyri-rəsmi görüşündən sonra KİV-lər MKİ-nin Avropa ölkələrindəki məxfi həbsxanaları və Avropa İttifaqı ölkələrinin ərazisindən məhbusları daşıyan ABŞ həbsxana-təyyarələri barədə heç bir yeni məlumat almamışdır. Kondoliza Rays demişdir ki, ABŞ ayrı-ayrı dövlətlərin beynəlxalq hüququnu və suverenliyini pozmamışdır və federal hakmiyyətlər terrorizmdə şübhəli sayılan şəxslərin işgəncələrə məruz qalmasına icazə verməmişlər.
Xarici dövlətlərin ərazisində ABŞ həbsxanalarının olması barədə məlumat dekabrın əvvəllərində “Hyuman rayt uotç” və “Beynəlxalq amnistiya” kimi beynəlxalq təşkilatların məruzələrində açıqlanmışdır. Onlar iddia edirlər ki, MKİ azı 8 ölkədə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində beynəlxalq terrorizmdə şübhəli sayılan şəxslərdən nəzarət olunmayan şəraitdə ifadələr almaq üçün məxfi düşərgələr yaratmışdır. Həmin siyahıya Avropa İttifaqı ölkələrindən Polşa, bu təşkilata üzvlüyə namizədlərdən isə Rumıniya və Bolqarıstan daxildir.