Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Aİ-nin Daimi Nümayəndələr Komitəsindəki səfirləri Brüsseldə 19-cu anti-Rusiya sanksiyalar paketinin müzakirəsinə başlayacaqlar.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “EUObserver” portalı mənbələrə istinadla məlumat yayıb.
Rusiya Federasiyasına qarşı 19-cu sanksiyalar paketi çərçivəsində Avropa Komissiyası Rusiya, Hindistan və Çin müəssisələri üçün ixrac nəzarətinin gücləndirilməsini, həmçinin bəzi kimyəvi maddələrin, filizlərin, metalların və duzların ixracına qadağa qoyulmasını təklif edəcək.
Avropa Komissiyası Rusiyanın “Rosneft” və “Qazprom Neft” şirkətlərinin iştirakı ilə bütün əməliyyatlara tam qadağa qoyulmasını, bir sıra Rusiya və digər ölkələrin banklarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsini təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]