Avropa İttifaqı SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıyıb
Berlin, 19 fevral, AZƏRTAC
Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) rəsmən terror təşkilatları siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, bu siyahıya daxil edildikdən sonra SEPAH-a Aİ-nin antiterror sanksiyaları çərçivəsində məhdudlaşdırıcı tədbirləri tətbiq olunacaq. Bu tədbirlər Aİ-yə üzv ölkələrdə təşkilatın maliyyə və digər aktivlərinin, eləcə də iqtisadi resurslarının dondurulmasını, eləcə də Aİ subyektlərinin həmin qrup üçün maliyyə və iqtisadi resurs təminatının qadağan olunmasını əhatə edir.
Bu qərardan sonra Aİ-nin terrorçu təşkilatlar siyahısında 13 şəxs, eləcə də 23 qrup və təşkilat məhdudlaşdırıcı tədbirlərə məruz qalır.
Xatırladaq ki, SEPAH-ın terror təşkilatı kimi tanınması barədə ilk qərar Aİ xarici işlər nazirlərinin yanvarın 29-da Brüsseldə keçirilən toplantısında qəbul edilmişdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]