Avropa İttifaqı Ukraynaya makromaliyyə yardımı üzrə bir milyard avro köçürüb
Bakı, 8 may, AZƏRTAC
Avropa İttifaqı Rusiyanın dondurulan aktivlərindən əldə olunan gəlirdən Ukraynaya bir milyard avroluq növbəti tranş köçürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında dərc olunub.
“Avropa Komissiyası Ukraynaya bir milyard avro həcmində müstəsna makromaliyyə yardımının dördüncü tranşını köçürüb. Brüssel bununla Ukraynanın ən böyük donoru kimi rolunu gücləndirib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ilin əvvəlindən bəri Avropa Komissiyası tərəfindən Ukraynaya ayrılan kreditlərin ümumi həcmi altı milyard avroya çatıb. Brüssel gələcəkdə Kiyevə daha 12,1 milyard avro köçürməyi planlaşdırır.
İqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis Avropa İttifaqının Ukraynaya həm siyasi, həm maliyyə, həm də hərbi dəstəyini davam edəcəyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]