“AVROPA İTTİFAQI VƏ MƏN” MÖVZUSUNDA YENİ REGİONAL LAYİHƏNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
British Council təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Endryu Uilyams layihə haqqında ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, layihə beş ay ərzində 10 ölkədə, o cümlədən Böyük Britaniya, Azərbaycan, Yunanıstan, Türkiyə, Bolqarıstan və Macarıstanda həyata keçiriləcəkdir. Əsas məqsəd Böyük Britaniya və Cənub–Şərqi Avropanın 10 ölkəsindən olan gənclər arasında mədəniyyət və mentalitet məsələlərini tədqiq edərək, daha geniş qarşılıqlı anlaşma yaratmaqdır.
Eyni zamanda, layihə tarix, din, mədəniyyət, etnik mənsubiyyət, yaş və “Avropalı olmaq” kimi amillərin gənclərin mentalitetinə nə dərəcədə təsir göstərdiyini araşdıracaqdır.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristoun layihənin əhəmiyyətini vurğulamış, uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]