AVROPA İTTİFAQININ ÜÇLÜYÜ AZƏRBAYCANA SƏFƏRƏ GƏLƏCƏKDİR
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Avropa İttifaqının Üçlüyü oktyabrın 27-dən 29-dək respublikamızda səfərdə olacaqdır. Səfərdən məqsəd Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinə dair bir sıra məsələləri müzakirə etməkdir. Üçlüyə Böyük Britaniyanın, Aİ-yə növbəti mərhələdə sədrlik edəcək Avstriyanın və Avropa Komissiyasının nümayəndələri daxildir.
Üçlük Azərbaycanda bir sıra rəsmi görüşlərdən əlavə, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də təmasda olacaq və səfərin yekunlarına dair mətbuat konfransı keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]