Avropa Kosmik Agentliyi yeni astronavtlar seçiminə başlayacaq
Bakı, 10 fevral, AZƏRTAC
Avropa Kosmik Agentliyi (ESA) martda yeni astronavtlar seçiminə başlayacaq.
AZƏRTAC ESA-ya istinadla xəbər verir ki, son 11 ildə ilk dəfə Avropa Kosmik Agentliyi yeni astronavtlar axtarışına çıxıb. Yeni astronavtlar Avropa kosmosun mənimsənilməsində yeni dövrə daxil olan zaman fəaliyyətdə olan astronavtlarla birgə çalışacaqlar.
Astronavtların qəbulu 2021-ci il martın 31-dən mayın 28-dək aparılacaq. Bundan sonra namizədlərin seçim prosesi başlayacaq.
Təşkilat qadınları müsabiqədə daha fəal olmağa çağırıb. “Biz sıralarımızda gender müxtəlifliyini genişləndirməyə çalışırıq. Bu seçim prosesi ilk addımdır və mən səbirsizliklə agentliyin yaxın illərdə beynəlxalq tərəfdaşlarla birlikdə kosmik tədqiqat və innovasiyanın bütün sahələrində necə inkişaf edəcəyini gözləyirəm”, - deyə Avropa Kosmik Agentliyinin baş direktoru Yohan-Ditrix Verner bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]