Avropa liderləri Haaqada Zelenski ilə görüşəcəklər
Bakı, 25 iyun, AZƏRTAC
Fransa, Böyük Britaniya, Almaniya, Polşa və İtaliya liderləri iyunun 25-də NATO sammitindən sonra Haaqada Vladimir Zelenski ilə görüşəcəklər. Görüşdə Kiyev və Moskva arasında sülh danışıqlarının perspektivləri müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir Donald Tusk NATO Baş katibinin dəvəti ilə Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşanın daxil olduğu Ukraynanın Dostları Qrupunun hökumət başçılarının görüşündə iştirak edəcək. Danışıqlara Ukrayna Prezidenti Volodimir Zelenski də dəvət olunub”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunub ki, görüşdə Ukraynanın şərqində davam edən hücumlar fonunda Kiyev və Moskva arasında sülh danışıqlarının perspektivləri müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]