Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Liqasının finalına ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda hazırlıqlar yekunlaşmaq üzrədir VİDEO

Bakı, 12 may, AZƏRTAC

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin mayın 9-da keçirilən cavab qarşılaşmalarından sonra Bakı finalının iştirakçıları müəyyənləşib. Beləliklə, mayın 29-da Bakıda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək.

AZƏRTAC xəbər verir ki, qitənin nüfuzlu klub turnirinin final matçına ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunun (BOS) bu mühüm qarşılaşmaya hazırlığı yekunlaşmaq üzrədir.

BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva AZƏRTAC-a açıqlamasında deyib: “Artıq UEFA Avropa Liqasının möhtəşəm final oyununa 20 gündən az vaxt qalıb. UEFA nümayəndələri paytaxtımıza gəlməyə başlayıblar. Bir neçə mütəxəssis stadionda işləyir. Gələn həftə isə digər nümayəndələr ölkəmizə təşrif buyuracaqlar. Avropanın ali futbol qurumunun nümayəndələri final oyununadək Yerli Əməliyyat Komitəsinin və AFFA-nın üzvləri ilə birgə çalışacaqlar”.

Möhtəşəm final matçının keçiriləcəyi Bakı Olimpiya Stadionunda oturacaqların sayının artırılaraq 70 minə çatdırılacağını deyən C.Mehdiyeva bildirib ki, hazırda texniki işlər də yekunlaşmaq üzrədir. Gələn həftənin ilk günündə media zonasında yeni oturacaqlar quraşdırılacaq. Almaniyada istehsal olunan oturacaqlar BOS-un standartlarına uyğun hazırlanıb. Tribuna 330 yerdən ibarət olacaq. Bu, o deməkdir ki, media zonasında oturacaqların sayı ikiqat artırılacaq. Jurnalistlərin rahat işləmələri üçün masalarda kiçik monitorlar quraşdırılacaq. Tribuna printer aparatı, həmçinin yüksəksürətli internet və digər texniki avadanlıqla təchiz olunacaq.

BOS-un rəsmisi stadionun ot örtüyünün vəziyyətindən danışarkən vurğulayıb ki, arenanın ot örtüyünün renovasiya prosesi həyata keçirilib. Bu ot örtüyü “Avro 2020”nin oyunlarında da istifadə olunacaq. Bu məqsədlə AFFA tərəfindən ot örtüyünə qulluq üçün xüsusi avadanlıq alınıb. Avadanlıq ultrabənövşəyi şüalar vasitəsilə ot örtüyünün yaşıl və yumşaq vəziyyətdə qalmasına xidmət göstərir.

UEFA Avropa Liqasının finalı ilə əlaqədar Bakıda möhtəşəm bayram ab-havası hökm sürəcək. Təşkilatçılar bununla əlaqədar bir sıra sürprizlər hazırlayırlar.

C.Mehdiyevanın sözlərinə görə, final oyunu ərəfəsində və günündə BOS-un ərazisində və şəhərin mərkəzində əyləncə proqramları təşkil olunacaq. Proqramlar “Fan zona” çərçivəsində həyata keçiriləcək. Azarkeşlərin vaxtının maraqlı keçməsi üçün bu zonalarda hər cür şərait yaradılacaq.

İdman jurnalistləri qitənin ikinci ən nüfuzlu klub turnirinin final qarşılaşmasının işıqlandırılmasına böyük maraq göstərirlər. Bu mühüm görüşü işıqlandırmaq istəyən yerli jurnalistlərin də sayı kifayət qədərdir. Final görüşü ilə əlaqədar media təmsilçilərinin qeydiyyatı prosesindən danışan C.Mehdiyeva deyib: “Final oyununa media nümayəndələrinin qeydiyyat prosesi davam edir. Müraciətlər üçün son gün mayın 13-dür. Yerli media nümayəndələri ilə yanaşı, əcnəbi jurnalistlərin də müraciətləri qəbul olunur. Azərbaycan üçün 25 faizlik kvota nəzərdə tutulub. Bütün jurnalistlərin qeydiyyatı eyni şərtlərlə qəbul olunur. Yekun qərarı isə UEFA-nın media departamenti verəcək. Sevindirici haldır ki, Avropa ilə yanaşı, dünyanın bir çox ölkələrindən müraciətlər edilir. Avstraliya və ABŞ-dan da müraciətlər var. Bakıda təşkil olunacaq final oyunu təkcə Avropa mətbuatında deyil, bütün dünyada işıqlandırılacaq. Bu da final oyununa dünyada böyük marağın olduğunu göstərir”.

Paytaxtımız İngiltərə klublarının futbolçularından əvvəl nümayəndələrini qəbul edəcək. Şərq və Qərbin vəhdətini təşkil edən Bakının gözəlliyi ilk öncə nümayəndə heyətlərinin üzvlərini valeh edəcək. Finalda iştirak edəcək komandaların nümayəndələrinin mayın 13-15-də ölkəmizdə səfərdə olacaqlarını vurğulayan müsahibimiz söyləyib ki, onlar üçün xüsusi seminar təşkil olunacaq. Seminar çərçivəsində bütün məsələlər müzakirə ediləcək və görülən işlər barədə komandaların nümayəndələri məlumatlandırılacaq. Komandaların mətbuat üçün açıq məşqi oyundan bir gün əvvəl - mayın 28-də təşkil olunacaq. Digər futbol oyunlarından fərqli olaraq bu açıq məşq mətbuat nümayəndələri üçün 15 dəqiqə deyil, 1 saat açıq olacaq. Təbii ki, məşqdən əvvəl komandaların mətbuat konfransı təşkil ediləcək.

Yüksək təşkilatçılıq bacarığı ilə digər ölkələrə nümunə göstərilən Azərbaycan yeniliklərin və ilklərin tətbiqi ilə də fərqlənir. C.Mehdiyeva hazırlıq prosesində bir sıra yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, BOS UEFA və FIFA standartlarına uyğun olaraq inşa edilib. UEFA tərəfindən ölkəmizdə yenilik tətbiq olunacaq və bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə istifadə olunacaq. Belə ki, indiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətlərlə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq. Stadionda dünya standartlı fiberoptik internet quraşdırılıb və məhz buna görə AoİP (audio-over-aypi) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efir çərçivəsində məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək.

Final oyununun indidən gərgin idman mübarizəsi şəraitində keçəcəyini demək olar. Stadiondakı futbolsevərlərin çılğın azarkeşliyini də əlavə etsək möhtəşəm atmosferin yaddaşlarda dərin iz buraxacağını əminliklə söyləmək olar. Təbii ki, belə bir matçı azarkeşsiz fikirləşmək mümkün deyil. Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyunu ilə əlaqədar ölkəmizə gələn və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) rəsmi dəvət məktubunu və ya UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənədi, yaxud final matçına bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Sənədə əsasən, Xarici İşlər Nazirliyinə final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi misilsiz xidmətlərin bir hissəsidir. Məhz dövlətimizin başçısının həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində beynəlxalq qurumlar heç bir tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini respublikamıza həvalə edirlər.

Möhtəşəm görüntüyə malik BOS dünya arenaları arasında öz yeri və çəkisi ilə fərqlənir. Arena 2015-ci ildə standartları ölkəmizdə müəyyənləşən ilk Avropa Oyunlarının, iki il sonra isə IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərinə ev sahibliyi edib. Müxtəlif mötəbər mükafatlara layiq görülən arena növbəti dəfə öz qapılarını mühüm bir idman hadisəsi üçün azarkeşlərin üzünə açacaq.

 

Avropa Liqasının finalına ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda hazırlıqlar yekunlaşmaq üzrədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO