Avropa Parlamentinin sədri: Rumıniya tezliklə Şengen zonasına daxil ediləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Rumıniya tezliklə Şengen zonasına daxil ediləcək.
AZƏRTAC “Digi24” telekanalına istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bildirib.
“Rumıniya Şengen zonasına qoşulacaq və bunu tezliklə edəcək. Əminəm ki, bunu hamı anlayacaq. Qoşulmanın təxirə salınması yanlış qərar olub. Mən fikrimi açıq-aydın ifadə etmək istəyirəm: Rumıniya on ildən artıqdır ki, Şengen zonasına qoşulmağa hazırdır”, - deyə R.Metsola vurğulayıb.
Xatırladaq ki, Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də keçirilmiş iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın etirazları səbəbindən qəbul edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:52]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]