Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub
Bakı, 3 oktyabr, AZƏRTAC
Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub. Belə ki, Avropa Parlamentinin Fransadan olan üzvü Natali Luazo bu gün Brüsseldə keçirilən iclasda Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndə Heyəti sədrinin birinci müavini seçilib. Bu seçki Azərbaycanda mənfi qarşılanıb.
Milli Məclisin deputatı Qaya Məmmədov məsələ ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, bədnam azərbaycanofob Natali Luazo təkcə ölkəmizə deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ziyan vurmağı özünə həyat missiyası seçib.
Deputat qeyd edib ki, N.Luazo kimi ekstremist və irqçi baxışlara malik bir şəxsin həmin vəzifəyə seçilməsi tamamilə səhv və təxribat xarakterlidir. O, Avropa Parlamentini vəziyyəti düzəltmək üçün təcili addımlar atmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]