AVROPA QONŞULUQ SİYASƏTİNƏ DAİR SEMİNAR KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) ölkəmizdə həyata keçirdiyi proqram və layihələrə texniki dəstək verən Avropa Evi fevralın 15-də jurnalistlər üçün “Avropa İttifaqı və Azərbaycan” mövzusunda seminar təşkil edəcəkdir.
Avropa Evinin əlaqələndiricisi Volfqanq Şporrer Aİ-nın tarixi və strukturu, ölkəmizin bu qurumla əməkdaşlığı, həyata keçirilən layihələr, eləcə də Avropa qonşuluq siyasəti barədə məlumat verəcəkdir.