Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasının Azərbaycan ilə uğurlu əməkdaşlığının daha bir təsdiqi

Bakı, 23 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ikinci iş günündə ölkəmiz üçün əhəmiyyət kəsb edən növbəti hadisə baş verib. Avropa Şurasında hər hansı mühüm problemlə bağlı məruzəçinin təyin edilməsi bu mötəbər qurumun həm hesabatı hazırlayacaq deputata, həm də üzv ölkəyə xüsusi müsbət münasibətinin ifadəsidir. Çünki adətən il yarım-iki il müddətinə hazırlanan hər məruzə və onun qətnaməsi müəlliflə yanaşı, bütövlükdə Avropa Şurasının mövqeyini nümayiş etdirir. Ona görə də aktual mövzular üzrə məruzəçilərin təyini adətən ciddi təhlillər əsasında aparılır. Avropa Şurasının 47 üzvü arasında elə ölkələr var ki, indiyədək onlardan bir nəfəri belə məruzəçi təyin edilməyib. Avropa Şurasının indiyədək Azərbaycan nümayəndə heyətinə bir çox məruzələrin hazırlanmasını etibar etməsi bu təşkilatın ölkəmizə inam və rəğbətini açıq-aydın göstərir. Nümayəndə heyətimizin üzvü Rafael Hüseynova müxtəlif vaxtlarda 14 vacib məruzənin yazılması tapşırılıb.

İyunun 23-də AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında təşkilatın qaydalarına uyğun olaraq deputat Rafael Hüseynovun “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış” mövzusunda hazırladığı məruzənin yekun mətni qəbul edilib və qətnamə layihəsi bənd-bənd müzakirə olunaraq səsə qoyulub. Həmin məruzə ilə bağlı Avropa Şurasının son iki ilə yaxın müddətdə görkəmli elm adamlarının, din xadimlərinin və digər mütəxəssislərin iştirakı ilə beş geniş dinləmə keçirməsi təşkilatın mövzuya necə həssaslıqla yanaşmasının sübutudur.

Müzakirələr və səsvermədən öncə çıxış edən məruzəçi Rafael Hüseynov deyib: “Məruzənin sərlövhəsindəki iki ifadə - “etiqad azadlığı” və “birgəyaşayış” anlayışları araşdırmamızın əsas fəlsəfəsini müəyyən edir. XXI əsr yaşa dolduqca ölkələrin sərhədləri daha çox şəffaflaşır, get-gəllər, ünsiyyətlər artır. İndi elə bir Avropa ölkəsi tapmaq çətindir ki, orada müxtəlif dinləri və millətləri təmsil edən insanlar yaşamasın. Bu gerçəklik bizim taleyimizdir və cəmiyyətlərimizin çoxdinliliyi, çoxmədəniyyətliliyi, çoxmillətliliyi əslində çox mühüm sərvətdir. Bu dəyərlər birgə yaşamağın demokratik şərtləri çərçivəsində mövcud olanda qarşılıqlı zənginləşməyə, tərəqqiyə, həmrəyliyə xidmət edir. Bu dəyərlərə ortaq sərvətlərimiz kimi deyil, fərdi üstünlüyümüz, mütləq qabardılmalı seçkinliyimiz kimi yanaşanda, digər dinlərə və millətlərə özümüzə yanaşdığımız ehtiramla münasibət bəsləməyəndə əksinə, cəmiyyətdə çatlar yaranır, qarşıdurmalar törəyir, ziddiyyətlər ortaya çıxır. “Birgəyaşayış” ifadəsi başqa sözlə ortaq evimiz Avropa, müştərək yuvamız olan dünya deməkdir. Evimizin və yuvamızın daha rahat, daha yaşamalı olmasından ötrü birgəyaşayışı, məhz qarşılıqlı hörmət və yardıma arxalanan müştərək mövcudluğu həyat normasına çevirməliyik. Etiqad azadlığı, əsrlərlə yaşı olan dini təcrübələr və milli adət-ənənələr həmin yolda keçilməsi mütləq olan körpülərdəndir. Təqdim olunan məruzə bu istiqamətdə nizamın getdikcə daha geniş müstəvidə bərqərar olmasına öz töhfəsini vermək vəzifəsini daşıyır. Hər kəsə aydındır ki, mövzu çox həssasdır və hamını, bütün tərəfləri təmin edə biləcək ifadə formalarını tapmaq müşküldür. Hər halda biz maksimum dərəcədə çalışmışıq ki, qətnamənin formulə edilmiş bəndləri fikirlərimizin, mövqeyimizin ifadəsi nöqteyi-nəzərindən həm elmi, həm yetərincə balanslaşdırılmış olsun və həm də siyasi baxımdan mübahisəyə yer qoymasın. Ona görə də indiki halda mövcud mətndə hansısa sözlərin, ifadələrin dəyişdirilməsi uzun düşüncə və təhlillərdən sonra tapılmış optimal mətn variantlarına xələl gətirə bilər. Bu məqamı nəzərə almanığınızı xahiş edirəm. Bir sıra digər bəndlərdə biz konkret konvensiyalara, artıq qəbul edilmiş qətnamələrə əsaslanırıq. O sənədlər isə müvafiq araşdırmaların nəticəsi kimi ortaya çıxıb. Düşünürəm ki, fikrimizi, müddəalarımızı əsaslandırmaq üçün arxalandığımız belə mötəbər sənədlərə inamsız yanaşmaq doğru olmazdı. Məruzənin 9-cu bəndində müsəlman və yəhudilərin dini və məişət təcrübəsində dayanıqlı yer tutan sünnət məsələsindən söz açılır. Bu vaxtadək keçirilmiş 5 dinləmənin hər birində bu və ya digər dərəcədə həmin məsələdən söz açmışıq. Bu da səbəbsiz deyil. Böyük problemin kontekstində zahirən kiçik görünsə də, əslində yetərincə ciddi və həssas problemdir. Yüz illərlə yaşı olan bu adəti sırf din, etiqad hadisəsi kimi dəyərləndirmək də düz olmazdı. Əslində bu mövzunun əhatə dairəsi daha genişdir. Sünnətin elmi, tibbi tərəfləri də var ki, onun faydaları barədə dünyanın tibb mütəxəssisləri tərəfindən yüzlərlə məqalə, kitab, dissertasiya yazılıb. Lakin bəzi siyasətçilərin guya dilsiz-ağızsız uşağa fiziki əzab vermək kimi dəyərləndirərək sünnəti qadağan etmək, bundan ötrü Avropa qanunvericiliyində cinayət məcəlləsinə ayrıca maddə daxil etmək təklifləri çox təhlükəli təmayüldür. Bunun arxasında siyasi motivlər dayanır və bu cəhdlərdə xristian aləmi ilə müsəlman-yəhudi cəmiyyətlərini qarşı-qarşıya qoymaq riyakarlığı duyulmaqdadır. Belə cəhdlər Avropa Şurasında da müşahidə edilib. Məruzədə və onun qətnaməsində biz bu narahatedici təşəbbüslərin kənarlaşdırılması üçün gərək olan hüquqi təməli də ayrıca təsbit etdik”.

Müzakirələrə qatılan deputatlar hazırlanmış hesabatı yüksək qiymətləndiriblər və onu Avropa Şurasının ali missiyasına xidmət edən ciddi sənəd adlandırıblar. Qeyd edilib ki, Rafael Hüseynov iki il əvvəl hazırladığı “Avropada İslam, islamizm və islamofobiya” adlı məruzənin qətnaməsində əksini tapmış bir sıra mühüm qənaətlərini bu məruzədə daha da genişləndirərək yeni aspektləri ilə şərh edib.

Məruzənin qətnamə layihəsi komitə üzvləri tərəfindən yekdilliklə təsdiq edilib.

AŞPA rəhbərliyinin qərarı ilə Rafael Hüseynovun hazırladığı “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış” mövzusunda məruzə oktyabr ayında keçiriləcək payız sessiyasının gündəliyinə daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı