Avropada kəskin temperaturla bağlı xəbərdarlıq edilib
Bakı, 19 avqust, AZƏRTAC
Yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada şiddətli temperatur ilə bağlı xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis bildirib.
İyul ayının tarixin ən isti ayı olaraq qeydə alındığını xatırladan K.Nullis, quru havanın bu həftənin əvvəlində İspaniyanın Tenerife şəhərində böyük yanğınlara səbəb olduğunu, Yaponiyanın da temperatur rekordlarını qıran uzunmüddətli isti dalğasının təsiri altında olduğunu söyləyib.
O qeyd edib ki, həddən artıq kəskin temperatur nəticəsində Kanadada 600-dən çox meşə yanğını nəzarətdən çıxıb və ABŞ-də Hilari qasırğasının kateqoriyası 4-ə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]