AVROPADA KINO TAMAŞAÇILARININ SAYI XEYLI AZALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Avropa Audiovizual Nəzarət Cəmiyyətinin məlumatına istinadla xəbər verir ki, son bir ildə Avropada yeni filmlər istehsalının xeyli artmasına baxmayaraq, tamaşaçıların sayı 11,4 faiz azalmışdır. Ötən il Avropa İttifaqının üzvü olan 25 ölkədə 798 tammetrajlı yeni bədii film çəkilmişdir.
Avropada film istehsalına görə öndə Fransa, Almaniya və İspaniya gedirlər. Fransız filmləri Avropa filmlərinin ümümən 30 faizini təşkil edir.
Məlumatda bildirilir ki, Avropada kino həvəskarlarının artması sahəsində rekordu Rusiya vurmuş, inişil bu ölkədə kino tamaşaçılarının sayı 33,6 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]
Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
- 12.10.2026 [13:27]