AVROPADA KİNO TAMAŞAÇILARININ SAYI XEYLİ AZALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Avropa Audiovizual Nəzarət Cəmiyyətinin məlumatına istinadla xəbər verir ki, son bir ildə Avropada yeni filmlər istehsalının xeyli artmasına baxmayaraq, tamaşaçıların sayı 11,4 faiz azalmışdır. Ötən il Avropa İttifaqının üzvü olan 25 ölkədə 798 tammetrajlı yeni bədii film çəkilmişdir.
Avropada film istehsalına görə öndə Fransa, Almaniya və İspaniya gedirlər. Fransız filmləri Avropa filmlərinin ümumən 30 faizini təşkil edir.
Məlumatda bildirilir ki, Avropada kino həvəskarlarının artması sahəsində rekordu Rusiya vurmuş, inişil bu ölkədə kino tamaşaçılarının sayı 33,6 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]