Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın qabaqcıl ali təhsil müəssisəsi Bakıda magistr proqramı ilə tədris fəaliyyətinə başlayır

Vyana, 16 mart, AZƏRTAC

Xarici universitetlərin yüksəksəviyyəli texniki ixtisaslarına yiyələnmək üçün Azərbaycanda növbəti mühüm addım atılıb. Avropanın qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin (TUWien) “Mühəndisliyin idarə edilməsi” (“Engineering Managment”) magistr proqramı müasir əmək bazarının tələbatlarına uyğun hazırlanmış xüsusi kontenti ilə cari ilin noyabr ayından etibarən Bakıda fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, tədris proqramının Vyana Texnologiyalar Universiteti tərəfindən koordinatorları bu məlumatı təsdiqləyiblər və sənəd qəbuluna başlanıldığını qeyd ediblər. Bildirilib ki, beynəlxalq səviyyədə akkreditə olunmuş və tanınmış “Master of Science” diplomuna sahib olmaq üçün Avropa şəhərlərinə üz tutub, yüksək məbləğdə vəsait xərcləməyə gərək yoxdur. Bu magistr proqramını başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin diplomunu əldə edir. Onlar təhsil müddətində Avropa universitetlərinin tələbələrinə şamil olunan imkanlardan da yararlana biləcəklər. Belə ki, Bakıda təhsil alsalar da, təhsil müddətində tələbələr Avstriyada yaşamaq hüququnu alır, universitet kampusundan, kitabxanasından faydalana bilir, universitetin məzunlar klubunun üzvü olur, iş axtarma icazəsini əldə edir, iş axtarma prosesində köməkdən istifadə edir və s.

Avropa və Amerikada xeyli rəğbət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olub. Texniki sahənin peşəkarları, habelə mühəndislər, hüquqşünaslar, iqtisadçılar proqrama qatılmaqla marketinq, biznesin təşkili və idarə edilməsi, logistika, müasir mühəndisliyin əsasları kimi sahələrdə tamamlayıcı təhsilə sahib olurlar. Məzunlar həm kiçik və orta biznes sektorunda, həm də nəhəng şirkətlərdə şöbələrin idarəçiliyi üzrə ixtisaslaşma imkanı əldə edirlər.

Proqramda nəzərdə tutulmuş dərslər yalnız ingilis dilində ayda bir dəfə həftəsonunda keçirilən cəmi 13 modul üzrə paylanılıb. Beləliklə, 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaq. Təhsil müddəti 3 semestrdir və 2020-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək davam edəcək. Dərslər həm akademik, həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaq. Proqrama hər hansı sahədə bakalavr dərəcəsi olan, yaxud uzun müddətli texniki və ya inzibati peşəkarlığa sahib olan, ingilis dilini bilən və iş təcrübəsi olan hər kəs müraciət edə bilər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq ediləcək və təhsil haqqı 11 min 500 avro səviyyəsində hesablanacaq. Vyanada bu proqramın təhsil haqqı 19 min 900 avrodur. Bakıdakı proqrama erkən müraciət edənlər üçün əlavə güzəşt şamil olunaraq, bu məbləğ 9 min 900 avro təşkil edəcək.

İdarəetmədə yüksəlmək istəyənlər Bakıda fəaliyyətinə başlayan Vyana Texnologiyalar Universitetinin proqramına qatılmaqla öz hədəflərinə nail ola bilərlər. Bunun üçün avqustun 31-dək doldurulmuş anket [email protected] email ünvanına göndərilməlidir.

Qəbul üçün tələb edilən sənədlərin siyahısı ilə https://engineering.tuwien.ac.at/baku_track/ saytında tanış olmaq mümkündür. Proqram keyfiyyətinə nəzarət məqsədilə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb və gec müraciət edən tələbələr sonrakı proqram üçün nəzərdə tutulacaq.

Tədris yerlərinin məhdud olduğu magistr proqramı ilə əlaqədar əlavə məlumatları www.azerobotics.com saytından əldə etmək mümkündür.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO