Avropanın qaz ehtiyatları rekord səviyyədədir
Bakı, 14 mart, AZƏRTAC
Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının səviyyəsi 60 faiz təşkil edir ki, bu da mart ayı üçün rekord göstəricidir.
AZƏRTAC xəbər verir ki, Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, martın 12-də Avropa İttifaqı ölkələrində anbarlardan qaz götürülməsi 308 milyon kubmetr, doldurulması isə 27 milyon kubmetr təşkil edib. İsitmə mövsümünün əvvəlindən bəri anbarlardan 48,51 milyard kubmetr qaz götürülüb.
Avropa ölkələri yeraltı anbarlarını hələ avqustun ortalarında 90 faiz doldurmuşdular, isitmə mövsümünə qədər isə anbarlarda mavi yanacağın həcmi rekord səviyyəyə - 99,63 faizə çatmışdı.
Həftə ərzində mərkəzi və Qərbi Avropada havalar nisbətən isti keçib, külək generasiyasının payı isə Aİ-nin elektrik enerjisi istehsalının 18 faizinə bərabər olub.
Martın 14-də Niderlandın TTF habında min kubmetr qazın qiyməti 280 dollara enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]