AVSTRALİYA HƏRBİ TƏLİMATÇILARI İRAQ ORDUSUNUN HAZIRLANMASINDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Avstraliyanın 40 hərbi təlimatçısı yaxın vaxtlarda İraqın yeni ordusunun hazırlandığı Bağdad yaxınlığındakı düşərgəyə göndəriləcəkdir. Onları yüngül zirehli texnika ilə təhciz olunmuş mühafizə dəstəsi müşayiət edəcəkdir.
Hərbi nazir Robert Hill bildirmişdir ki, bununla, Avstraliyanın İraqdakı hərbçilərinin ümumi sayı 850 nəfərə çatacaqdır. Nazirin dediyinə görə, Avstraliya hərbi kontingentinin və bütün koalisiya qüvvələrinin başlıca vəzifəsi hakimiyyəti yerli hökumətə ötürmək məqsədi ilə İraqda sabitlik yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]