AVSTRİYADA HAKİMİYYƏT DƏYİŞİKLİYİ GÖZLƏNİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriya Sosialist Partiyası (ASP) Milli Şuraya (parlament) seçkilərdə 35,7 faiz səs toplayaraq, iqtidarda olan mühafizəkar Avstriya Xalq Partiyasını ( 34,3 faiz) arxada qoymuşdur. Sosialist Partiyasının lideri Alfred Qusenbauer AXP-nın lideri, federal kansler Volfqanq Şüsseldən kabineti təhvil aldıqdan sonra yeni hökumət təşkil ediləcəyini bildirmişdir. Lakin Konstitusiyaya görə, yeni kansler kabineti keçmiş federal kansler Volfqanq Şüssel ilə ortaq koalisiyada yarada bilər. V. Şüssel yeni “koalisiya hökuməti”ndə ən çoxu vitse-kansler vəzifəsinə namizəddir. Sabiq kansler bu barədə fikrini altı həftə müddətində açıqlayacağını bildirmişdir.
Seçkilərin nəticələrinə görə, 183 yerlik parlamentdə partiyaların mandatları belə bölüşdürülmüşdür: seçkilərin qalibi ASP – 68 , AXP – 66, Avstriya Azad Partiyası – 21, Yaşıllar Partiyası – 21, digər partiyalar -8 yer.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]