Avstriyada içərisində donmuş mühacirlər olan yük maşını aşkarlanıb
Bakı, 8 aprel, AZƏRTAC
Avstriyanın cənubunda Klagenfurt şəhəri yaxınlığında yük maşınının qoşqusunda 35 mühacir donmuş halda aşkarlanıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Polşada qeydiyyatda olan yük maşını istirahət mərkəzindən əks yola çıxıb və nəticədə təhlükəsizlik şipləri avtomobilin təkərlərini deşib. Qarajda yeddi saatlıq təmirdən sonra işçilər möhürlənmiş qoşqudan səslər eşidib. İnfraqırmızı kameradan istifadə edərək içəridə hərəkət əlamətləri görən təmirçilər polis çağırıblar.
Hadisə yerinə gələn polis 68 yaşlı türkiyəli sürücünü saxlayıb. Məlum olub ki, Banqladeş, Nepal və Misirdən olan mühacirlər avtomobilin yük qoşqusunda 70 saat qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]