AVTOMAŞINLARIN YÜKSƏK SÜRƏTLƏ İDARƏ OLUNMASINAQARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, yol hərəkətinin təhlükəsizliyinin təmini istiqamətində əlavə tədbirlərin görülməsi, xüsusən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunmasına qarşı profilaktiki işin gücləndirilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən paytaxtda aidiyyəti küçə və prospektlərdə sürətölçən qurğulardan səmərəli istifadə olunmaqla mütəmadi reydlər davam etdirilir.
Xatırladaq ki, ötən il Bakı şəhərində baş vermiş 1650 yol-nəqliyyat qəzası nəticəsində 432 nəfər ölmüş, 1814 adam isə xəsarət almışdır.