AVTOMATİK NƏZARƏT SİSTEMİ TƏTBİQ OLUNACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yaxın günlərdə Dövlət Radiotezliklər İdarəsinin nəzarət məntəqəsində yerləşdiriləcək yeni sistem vasitəsilə Bakı şəhərində AzTV-1 proqramının yayımı zamanı təsvir, rəng və digər texniki göstəricilərin normalara uyğunluğu təmin ediləcəkdir. Gələcəkdə avtomatik sistemlə paytaxtdan birbaşa kompüter vasitəsilə respublikanın bütün bölgələrində AzTV-1 və digər TV-lərin, eləcə də FM radio proqramlarının yayım keyfiyyətinə nəzarət etmək mümkün olacaqdır.
Layihədə yeni sistemə müəyyən texniki əlavələr edilməklə respublika ərazisində Ermənistan və İran televiziyaları proqramlarının qeyri-qanuni yayımlanmasının qarşısının alınması da nəzərdə tutulmuşdur.