Aygün Attar: Ermənilərin köçürülməsi ilə bağlı qərar Osmanlı dövlətinin vaxtında atdığı addım idi
Ankara, 25 aprel, AZƏRTAC
Osmanlı dövlətinin Birinci Dünya müharibəsi illərində ölkəni darmadağın etməyə çalışan quldur dəstələri və terror qruplaşmaları ilə mübarizədəki səyləri sadə etnik ermənilərə zərər vurmaq məqsədi güdmürdü.
AZƏRTAC xəbər verir ki, bu fikri professor Aygün Attar tarixi hadisələrdən siyasi məqsədlər üçün manipulyasiya etmək cəhdlərini pisləyərək söyləyib.
Alim Osmanlı hökumətinin ermənilərin ölkənin bir bölgəsindən digərinə köçürülməsi qərarını “dövlətin təhlükəsizliyini təmin etmək və separatizmlə mübarizə üçün vaxtında atılmış addım” adlandırıb.
A.Attar xatırladıb ki, 1915-ci il 24 aprel tarixli qərara əsasən, İstanbulda düşmən ölkələrlə əməkdaşlıq edən və Anadoluda terror fəaliyyətinə rəhbərlik edən 235 erməninin saxlanılması planlaşdırılırdı. “Həmin vaxt İstanbulda 77 735 etnik erməni yaşayırdı, onlardan təxribat fəaliyyəti ilə məşğul olan cinayətkar təşkilatların 230-dan bir qədər çox rəhbərinin həbsinə qərar verildi. Etnik ermənilərin mütləq əksəriyyəti isə şəhərdə yaşamaqda davam edirdi. Söhbət ümumiyyətlə hansı soyqırımı aktından gedə bilər?”, - deyə alim erməni diasporu nümayəndələrinin Türkiyəyə qarşı hücumlarını “tam uydurma” adlandırıb.
Onun sözlərinə görə, dövlət yalnız Osmanlı ordusunun hissələrinə sursat və ərzaq tədarük zəncirini qırmağa cəhd edən şəxslərə qarşı tədbirlər görüb. “Həmin bu erməni qrupları quldurluq, qəsbkarlıq və kütləvi qətllərlə, həmçinin Antanta ölkələri üçün casusluqla məşğul olublar”, - deyə o qeyd edib.
Alim vurğulayıb ki, tarixinin heç bir dönəmində türk xalqı bütün düşmənlərə qətiyyətlə müqavimət göstərərək soyqırımı törətməyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
- 11.06.2026 [10:25]
Küveyt hava məkanını yenidən açıb
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
- 11.06.2026 [04:16]
Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək
- 11.06.2026 [02:59]
ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]