Aygün Fətullayeva: Müasir dövrümüzdə də Antiqonalar var
Bakı, 16 dekabr, AZƏRTAC
Antiqona mənim üçün güc, ədalət və mübarizənin simvoludur. Baxmayaraq ki, bu obraz balaca, çəlimsizdir. Ancaq o bəşəri qanunlara qarşı çıxmağı bacarır.
Bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun “Antiqona” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerasından əvvəl Antiqona obrazını canlandıran aktrisa Aygün Fətullayeva AZƏRTAC-a müsahibəsində söyləyib.
Antiqonanın öz ölümü bahasına istəyinə nail olduğunu bildirən aktrisa deyib: “Mən tamaşada əsas obraz - Antiqonanı canlandırıram. Antiqona istəmədiyi, məcbur edilən tələbləri yerinə yetirməyən obrazdır. Onun azadlığı həyatda barışa bilmədiyi gerçəklikləri var etməkdədir. Müasir dövrümüzdə də Antiqonalar var. Bu pyesdə həqiqət və ədalət anlayışı ön plandadır. Qardaşının cəsədinin qurd-quşa yem olma düşüncəsi ona rahatlıq vermir və kral olan dayısına qarşı çıxır və sonda həyatını itirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]