AYİB-in istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən iyulun 1-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) buraxdığı, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
MDM-dən AZƏRTAC-a bildirilib ki, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 643,06 manat təşkil edir.
Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan, nominal dəyəri 100 min manat təşkil edən istiqrazların yerləşdirilməsi 2025-ci il 1 oktyabr tarixində uğurla başa çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]